...

Azərbaycanda daha 1187 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

Cəmiyyət Materials 20 Mart 2021 18:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti