...

İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi (FOTO)

Cəmiyyət Materials 26 Mart 2021 16:30
İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bayram günlərində şəhid baş leytenant Şirəliyev Sahib Yusif oğlunun ailə üzvləri ilə görüşüb. Rayonun Hökməli qəsəbəsindəki evinə gələn başçı burada şəhidin atası Yusif Şirəliyevlə görüşərək gündəlik qayğıları, problemləri ilə maraqlanıb.

Azərbaycan igidlərinin göstərdiyi şücaətdən danışan başçı bildirib ki, onların qəhrəmanlıqları sayəsində 2020-ci il torpaqlarımızın işğaldan azad olunması ili kimi tarixə düşüb. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqının 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan başçı deyib ki, ermənilər, eyni zamanda bütün dünya əsgərimizin, hərbçilərimizin döyüş ruhunu, əzmini, gücünü gördü. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəqində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.

Sonra Y.Şirəliyev ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan razı qaldığını bildirərək deyib ki, yaşadıqları qəsəbədəki küçələrdən birinə Abşeron RİH-inin köməkliyi ilə oğlunun adı verilib və orada şəhidimizə xatirə guşəsi yaradılıb. Dövlət orqanları tərəfindən onlarla tez-tez maraqlanıldığını vuirğulayan Y.Şirəliyev göstərilən diqqətə görə cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti