...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 2 Aprel 2021 22:48 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32670 vaksin vurulub.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21161 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 889033, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 569994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 319039 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti