...

Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb - Agentlik

Cəmiyyət Materials 5 Aprel 2021 10:41 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb - Agentlik

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın mina xəritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

O qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir:

"İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb. Həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti