...

Misir Mərdanova yeni vəzifə verildi (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2021 16:10 (UTC +04:00)
Misir Mərdanova yeni vəzifə verildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.

Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti