...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Cəmiyyət Materials 6 Aprel 2021 18:24 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34344 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 982 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 820 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti