...

"Azərişıq" yeni elektron xidmət istifadəyə verib

Cəmiyyət Materials 16 Aprel 2021 15:32 (UTC +04:00)
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib

Bakı. Samir Əli - Trend:

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması üçün yeni elektron xidməti istifadəyə verib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin İdarə Heyəti sədrinin müşaviri Fərrux Əmirov deyib. O bildirib ki, qurum pandemiya dövründə istehlakçıların sağlamlığına da diqqət yetirir:

"Təqdim etdiyimiz bu xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər. Bu günə qədər artıq bu xidmət vasitəsi ilə 4000-ə yaxın müraciət daxil olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti