Bakı. Trend:
Kanada və ABŞ pandemiya səbəbindən sərhədlərinin 21 maya qədər açmamaq barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Bill Bler "Twitter" səhifəsində məlumat verib.
"Kanada ilə ABŞ arasında səfər məhdudiyyətlər 21 may 2021-ci ilə qədər uzadılıb. Kanadalıları koronavirusdan qorumaq üçün qərarlarımızı ən yaxşı ictimai səhiyyə tövsiyələrinə əsaslandıracağıq" - paylaşımda deyilir.
İlk dəfə 2020-ci ilin mart ayında tətbiq edilən razılaşma indiyədəkhər ay yenilənib. Bu məhdudiyyətdən yük maşınlarının sürücüləri və təcili yardım xidmətləri azaddırlar.