...

ÜST Azərbaycanda səhiyyənin rəqəmsallaşması üçün yol xəritəsi hazırlayır

Cəmiyyət Materials 28 Aprel 2021 13:32 (UTC +04:00)
ÜST Azərbaycanda səhiyyənin rəqəmsallaşması üçün yol xəritəsi hazırlayır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda böyük həcmdə rəqəmsal işlər görüb və tibb sahəsində süni intellekt tətbiq edib.

Trend-in məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransında deyib.

Onun sözlərinə görə, ölkədə səhiyyə sahəsinə investisiyaların cəlb olunması üzrə planlar işlənilir və bu sahənin rəqəmsallaşması üçün yol xəritəsi hazırlanır.

H.Harmancı vurğulayıb ki, Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesi davam edir və ölkəyə əlavə vaksin dozalarının gətirilməsi üçün iş aparılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti