...

121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Cəmiyyət Materials 24 May 2021 17:07 (UTC +04:00)
121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

May ayının 16-dan 23-ü tarixlərinədək 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 110 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 2 şəhid ailəsi və qazinin təhsil xərcləri ödənilib.

Qeyd olunub ki, daha 227 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 80 şəxsin tibb xərclərinin ödənilməsi və 13 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti