...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 15 İyun 2021 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 705 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 816 346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 842 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973392 təşkil edir.

Xəbər lenti

Xəbər lenti