...

Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi (VİDEO)

Cəmiyyət Materials 23 İyun 2021 14:51 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, bir neçə sosial şəbəkə səhifəsində Göyçay rayon sakini Zaur Həsənovun özünüməşğulluq proqramı çərçivəsində ona guya yararsız heyvanlar verilməsi ilə bağlı şikayəti əsassızdır.

Qeyd olunub ki, Zaur Həsənov bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və Qarabağ qazisinin atası olduğu nəzərə alınaraq növbədənkənar olmaqla iyunun 16-da iribuynuzlu heyvanlarla təmin edilib. Ona aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim akti tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Həmçinin Zaur Həsənov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını, təşəkkürünü videoçəkilişlə bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar.

Qısa müddət ərzində Zaur Həsənovun fikrini dəyişməsi, narazılıq bildirməsi başa düşülən deyil. Eyni zamanda bu cür əsassız ittihamları gündəlik işi dezinformasiya yaymaqdan ibarət olan sosial media səhifələrində tirajlanması həssas qruplara sosial dəstək işlərini gözdən salmaq cəhdindən başqa bir şey deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti