...

Mülki Prosessual Məcəllədə cərimələrin artırılmasının səbəbi açıqlanıb

Cəmiyyət Materials 25 İyun 2021 14:59 (UTC +04:00)
Mülki Prosessual Məcəllədə cərimələrin artırılmasının səbəbi açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə cərimənin tətbiqi ilə bağlı ictimaiyyət tərəfindən narazılıq edilir. Burada əsas məqsəd kimisə cərimələmək deyil.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəyişikliklə məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər: “Bu da əsassız vəsatətlərlə işin uzadılmasına nail olma hallarının qarısının alınması məqsədi daşıyır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti