...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 3 İyul 2021 16:40 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69718 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 740 447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 321 863 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 418 584 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti