...

Hamımızın günü - Vətəni qüdrətli, milləti güclü edən ən vacib şərt birlikdir

Cəmiyyət Materials 4 İyul 2021 15:58 (UTC +04:00)
Hamımızın günü - Vətəni qüdrətli, milləti güclü edən ən vacib şərt birlikdir

Trend-i buradan izləyin

Bakı. Trend:

Vətəni qüdrətli, milləti güclü edən ən vacib şərt birlikdir.

Millətin gücünü, qüdrətini yaradan ən vacib şərtlərdən biri yox, məhz şərtlər silsiləsindəki ən birinci və ən əhəmiyyətli şərt!

Övladları dünya boyu səpələnmiş xalqların, o sıradan bizim, Azərbaycanın və azərbaycanlıların millət birliyinə həmişə ehtiyacı olub, bu gün isə bəlkə dünənlkindən də daha çoxdur.

Yenidən bərpa edilmiş müstəqilliyinin 30-cu ilini yaşayan dövlətimizin, Azərbaycan respublikasının əhalisi 10 milyonsa da, dünya boyu azərbaycanlıların sayı bütövlükdə 50 milyondan çoxdur. Ən azı bu 2 rəqəm və bu 2 rəqəm arasındakı böyük fərq birliyimizin nə qədər zəruri olmasını, dünyanın ən ucqar guşəsindəki hər soydaşımızın, hər həmvətənimizin Vətənə hər zaman olduğundan daha yaxın durmasının mühümlüyünü tələb edir.

Birlik arzusu söz yox ki, hər azərbaycanlının ürəyində var. Biz tarix boyu torpağına, yurduna bağlı olmuşuq. Lakin tarixin və taleyin ayrı saldığı, Vətəndən uzaqlara apardığı həmvətənlərin daha yaxın əlaqələrinin qurulması, daha sıx birliyinin yaranması üçün körpülər gərəkdir. Bu körpülərin ən əhəmiyyətlisi isə bütün dünya azərbaycanlılarına qucaq açan, hamınızın ortaq ünvanınız olan Diaspora komitəsidir.

Demək, Diaspora komitəsinin hər il iyulun 5-də qeyd etdiyimiz ad günü əslində Birliyimizin bayramı sayılmalıdır.
Hər mənzildə, hər ünvanda işıq yansın deyə ən əvvəl ora xətt çəkmək lazımdır.
Diaspora komitəsi bu nəcib niyyəti gerçəkləşdirir ki, dünyanın ən ucqar nöqtəsində olan soydaşımıza da üz tutur.

Çalışır ki, Vətənin işığı onlara, onlaran işığı Vətənə çatsın.

Qovuşan işıqlarımızla yalnız birliyimiz daha sarsılmaz olmur, həm də geçəcəyimiz yollar daha aydın görünür.
Hər azərbaycanlını dünya xəritəsini göz önünə gətirərək bir işıq kimi təsəvvür etsək, onu görərik ki, son 3 ildən artıq müddətdə bu işıqların sayı yüzlərlə deyil, minlərlə artıb.

O ünvanıllar, o insanlar əvvəl də vardı, amma aramızda bağlantı yox idi. Diaspora komitəısi isə hər yeni yaratdığı bağlantı, dərinləşdirdiyi əlaqələr, Azərbaycana daha məhrəm etdiyi hər təzə adla işıqların miqdarını çoxaldır, gücümüzün üstünə güc artırır.

Bizim hamımızın, bütün dünya azərbaycanlılarının ən ali müştərək sərvəti istiqlalımız, müstəqil dövlətimizdir. Biz qurucu babalara da, bu istiqlalı və müstəqilliyi yeni zaman içərisində yaşadan , irəlilədən insanlara da daim minətdarıq.
Cümhuriyyətimizin bir əsri bitib, ikinci əsri başalnıb. Siyasətlərin və taleyin onillərcə Vətəndən ayrı saldığı Cümhuriyyət qurucularımızın varislərinin doğma Azərbaycanı ilə, dövləti ilə, milləti ilə daha sıx bağlanması ilə əlaqədar Diaspora komitəsinin müstəqillik tariximizin ikinci əsrinin ilk 3 ilində gördüyü qiymətəsığmaz nəcib, faydalı işlər arxada qalan bütün onillərdəki fəaliyyətlərə bərabərdir.

Əlbəttə ki, Diaspora Komitəmiziz – Ortaq Körpümüz bu cür nəcibliyə köklənəndə ona rəğbətlər, inam da, etibar da artır.
Diaspora Komitəsi bu gün Bakıdan səmimiyyətlə dünyanın hər guşəsindəki hər azırbaycanlıya doğru salam verməyə uzanan əllər, məhəbbətini bağışlamağa açılan qucaq, kürəyinizi söykəyə biləcəyiniz kürəkdir və bu gün hamımızın olan bu Vətən qurumunun növbəti doğum günüdür.

Hamımızın olan bu gözəl günümüz mübarək!

Hər birinizin ürəyində döyünən, bizi birgə və güclü edən Azərbaycan yaşasın!

Rafael Hüseynov

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti