...

İyunda 697 minə yaxın insan aylıq sosial müavinət və təqaüd alıb

Cəmiyyət Materials 26 İyul 2021 11:01 (UTC +04:00)

Bakı. Çingiz Səfərli -Trend:

2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə e-qaydada aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti