...

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıb

Cəmiyyət Materials 27 İyul 2021 12:25 (UTC +04:00)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıb

Bakı. Çingiz Səfərli - Trend:

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.

Trend xəbər verir ki, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1548 müraciət qeydə alınıb.

Onlardan 15 nəfəri magistratura səviyyəsindən, 158 nəfəri xaricdə yerləşən ali təhsil müəssisəsindən, 145 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 1230 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti