...

Qərbi Kaspi Universiteti bakalavr pilləsinə qəbul elan edir (VİDEO)

Cəmiyyət Materials 28 İyul 2021 12:00 (UTC +04:00)
Qərbi Kaspi Universiteti bakalavr pilləsinə qəbul elan edir (VİDEO)

Qərbi Kaspi Universiteti 2021/2022-ci təhsil ili üçün bakalavr pilləsinə qəbul elan edir.

Qəbul aparılan ixtisasların siyahısı:

Bakalavr ixtisasları.pdf

NİYƏ QƏRBİ KASPİ UNİVERSİTETİ?

* Xaricdə təhsil imkanları

* İki diplom alma imkanı

* Dövlət sifarişi əsasında təhsil almaq imkanı

* Münasib təhsil haqları

* Xarici dilləri mükəmməl səviyyədə mənimsəmək imkanı

* Müasir və unikal laboratoriyalar

* Ən son nəşrlərlə zəngin kitabxana

* Aparıcı dövlət qurumlarında və özəl şirkətlərdə təcrübə və işədüzəlmə imkanları

* Mübadilə proqramları: Mövlanə və Erasmus

* Startup layihələri

* Xaricdə yay məktəbləri

Qərbi Kaspi Universitetində tələbələrin dövlət sifarişli və ödənişli əsaslarla təhsil almaq imkanı var. Qəbul imtahanlarında yüksək nəticə əldə edib, dövlət sifarişi ilə qəbul ola bilməyən abituriyentlərə təhsil haqqında güzəştlər nəzərdə tutulur:
1) 601-700 arası bal toplayan tələbələr - 4 il ərzində ödənişsiz təhsil
2) 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
3) 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
4) 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt (ingilis dili advanced səviyyəsində olduqda 4 il ərzində ödənişsiz təhsil)
5) 380-450 arası bal toplayan tələbələr- 20 faiz güzəşt

* I tədris ilindən sonra hər semestrin sonunda imtahan nəticələri üzrə orta balı 81-dən aşağı olmayan tələbələrin güzəştləri davam edəcək. Bu güzəşt 2, 3 və 4 – cü bəndlərə şamil olunur.

Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:
1) 450-500 arası bal toplayan tələbələr - 50 manat
2) 501-550 arası bal toplayanlar - 80 manat
3) 551-600 arası bal toplayanlar - 100 manat
4) 601-650 arası bal toplayanlar - 150 manat
5) 651-700 arası bal toplayanlar - 200 manat

* Təqaüdlər hər semestrin sonunda imtahan nəticələri əsasında Universitetin daxili təqaüd proqramı üzrə yenidən hesablanacaq. Bu eyni zamanda dövlət sifarişi ilə təhsil alan lakin orta müvəffəqiyyət göstəricilərinə görə təqaüdə düşməyən tələbələrə də tətbiq olunacaq.

* İxtisas seçimində Qərbi Kaspi Universitetini ilk sırada qeyd edən abituriyentlər I tədris ilinin təhsil haqqından 10 faiz güzəşt əldə edəcəklər.

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31
Telefon: +994 12 492 74 18
E-poçt: [email protected]

Xəbər lenti

Xəbər lenti