...

Daha 20 ölkədən Azərbaycana gediş-gəlişə icazə veriləcək (SİYAHI)

Cəmiyyət Materials 2 Avqust 2021 14:37 (UTC +04:00)
Daha 20 ölkədən Azərbaycana gediş-gəlişə icazə veriləcək (SİYAHI)

Bakı. Trend:

2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

Trend-in məlumatına görə, bu barədə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

İcazə verilən ölkələr aşağıdakılardır:

Almaniya Federativ Respublikası;

Avstriya Respublikası;

Belçika Krallığı;

Çexiya Respublikası;

Danimarka Krallığı;

İrlandiya Respublikası;

İspaniya Krallığı;

İsveç Krallığı;

İsveçrə Konfederasiyası;

Kanada;

Lüksemburq Böyük Hersoqluğu;

Malta Respublikası;

Niderland Krallığı;

Polşa Respublikası;

Portuqaliya Respublikası;

Serbiya Respublikası;

Sinqapur Respublikası;

Sloveniya Respublikası;

Slovakiya Respublikası;

Yunanıstan Respublikası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti