...

Pandemiya dövründə Azərbaycana turist əsasən bu ölkələrdən gəlir

Cəmiyyət Materials 10 Avqust 2021 19:28 (UTC +04:00)
Pandemiya dövründə Azərbaycana turist əsasən bu ölkələrdən gəlir

Bakı. Elçin Mehdiyev – Trend:

Pandemiya dövründə xaricdən Azərbaycana gələn turistlərin sayında kəskin azalma var. Hazırda Azərbaycana az sayda ölkələrdən turistlər gəlir.

Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.

C.Aşırov bildirib ki, hazırda xaricdən Azərbaycana əsasən ərəb ölkələrindən, Türkiyədən və Rusiyadan gəlirlər:

“Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib, yəni Azərbaycan 9 ölkə ilə hava sərhədlərini açıb. Müəyyən pandemiya qaydaları daxilində həmin ölkələrdən Azərbaycana insanlar gələ bilərlər.

Gələnlər həm istirahət, həm də iş məqsədi ilə Azərbaycana üz tuturlar. Ancaq gələnlərin təqribən 80 faizi turizm məqsədi ilə gəlir. Əlbəttə ki, səfərlər pandemiya qaydaları çərçivəsində baş tutur. Xaricdən gəliş kütləvi xarakter daşımır”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti