...

Peyvəndlə bağlı əks-göstəriş sertifikatı kimlərə veriləcək? - Baş infeksionist təfərrüatları açıqladı

Cəmiyyət Materials 11 Avqust 2021 15:36 (UTC +04:00)
Peyvəndlə bağlı əks-göstəriş sertifikatı kimlərə veriləcək? - Baş infeksionist təfərrüatları açıqladı

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Əks-göstəriş sertifikatları əsasən vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə adekvat reaksiyası olan şəxslərə, hamiləlik və südvermə dövründə olan qadınlara veriləcək.

Trend-ə verilən məlumata görə, bunu baş infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bunlar qəti əks-göstərişlərdir, amma əlavə olaraq nisbi əks-göstərişlər də var:

"Şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə əks-göstəriş sertifikatı verilə bilər. Komissiyalar bunu dəyərləndirəcək, amma hələ işlərə tam başlanılmayıb. Həmin xəstələr sağaldıqdan sonra hesab edirəm ki, vaksinasiya olunacaqlar".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti