...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 11 Avqust 2021 18:07 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Avqustun 11-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 65 269 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 380, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 889 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 543 311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 243 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 299 824 təşkil edir.

Xəbər lenti

Xəbər lenti