...

Havada tozun miqdarı normadan 4 dəfə çoxdur

Cəmiyyət Materials 12 Avqust 2021 12:48 (UTC +04:00)
Havada tozun miqdarı normadan 4 dəfə çoxdur

Bakı. Çingiz Səfərli - Trend:

Havada toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti