...

MN gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı açıqlama verib

Cəmiyyət Materials 15 Avqust 2021 13:20 (UTC +04:00)
MN gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı açıqlama verib

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

"Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - deyə nazirlikdən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti