...

İyulda yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub

Cəmiyyət Materials 17 Avqust 2021 09:34 (UTC +04:00)
İyulda yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub

Bakı. Çingiz Səfərli -Trend:

2021-ci ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, onların 12,9 %-ni kişilər, 87,1 %-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti