...

Bakıda qaraj tikən vətəndaş 16 ağacı kəsib - Nazirlik

Cəmiyyət Materials 17 Avqust 2021 09:36 (UTC +04:00)
Bakıda qaraj tikən vətəndaş 16 ağacı kəsib - Nazirlik

Bakı. Çingiz Səfərli - Trend:

Binəqədi rayonu Mir Cəlal küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov Trend-ə bildirib ki, araşdırma zamanı sözügedən ünvanda qaraj tikintisi məqsədilə 16 ağacın vətəndaş Rahib Əliyev tərəfindən kəsildiyi və təbiətə 9300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti