...

Ürək xəstələri koronavirusu daha ağır keçirir - Həkim

Cəmiyyət Materials 18 Avqust 2021 15:26 (UTC +04:00)
Ürək xəstələri koronavirusu daha ağır keçirir - Həkim

Bakı. Çingiz Səfərli - Trend:

Ürək xəstələri ilə sağlam adamlar arasında koronavirusa yoluxma nisbətində o qədər ciddi fərq olmasa da, ürək xəstələri bu xəstəliyi beşqat daha ağır keçirir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetini dosenti, invaziv kardioloq Qalib İmanov deyib. Onun sözlərinə görə, aparılan statistikalar göstərir ki, koronavirusa yoluxan ürək xəstələrinin süni tənəffüsə daha çox ehtiyacı olur:

"Xəstəliyin gedişatını artıran amillərdən biri də istifadə olunan dərmanlardır. Koronavirus yeni olduğundan buna qarşı dərmanların yan təsirləri və fəsadları elmə yeni-yeni məlum olur. Koronavirusa qarşı istifadə olunan antibiotiklərin ürək dərmanları ilə birgə istifadəsi çox təhlükəli ola bilər. Bu baxımdan simptomlar başlayanda ürək xəstələrinə öz həkimləri ilə məsləhətləşmələrini tövsiyə edirik ki, düzgün müalicə seçilsin. İlkin mərhələdə həkimə məlumat vermək vacib şərtdir".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti