...

Açıq havada yerləşən restoranlarda COVID-19 pasportu tələb edilir? - DİN-dən AÇIQLAMA

Cəmiyyət Materials 1 Sentyabr 2021 15:05 (UTC +04:00)
Açıq havada yerləşən restoranlarda COVID-19 pasportu tələb edilir? - DİN-dən AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan covid pasportu tələb olunmur.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O, bildirib ki, tələblər ancaq qapalı məkanlara aiddir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, bu gündən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti