...

Səhiyyə Nazirliyində “Baş mütəxəssis” təsisatı ləğv edilib

Cəmiyyət Materials 8 Sentyabr 2021 11:26 (UTC +04:00)
Səhiyyə Nazirliyində “Baş mütəxəssis” təsisatı ləğv edilib

Bakı. Trend:

Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcəkdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, indiyədək mövcud olan “Baş mütəxəssis” institutunun mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.

Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.

Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti