...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 14 Sentyabr 2021 18:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69 221 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 150 289 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti