...

Səyavuş Aslanın oğlu öz istəyi ilə sığınacağı tərk edib - Agentlik

Cəmiyyət Materials 16 Sentyabr 2021 12:22 (UTC +04:00)
Səyavuş Aslanın oğlu öz istəyi ilə sığınacağı tərk edib - Agentlik

Bakı. Trend:

Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılıb. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilib.

Trend-in məlumatına görə, məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.

Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti