...

Qusarda karantin qaydalarını pozan çay evi aşkarlandı

Cəmiyyət Materials 26 Sentyabr 2021 13:54 (UTC +04:00)

Bakı. Trend:

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilmişdir.

Ümumilikdə bir neçə nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti