...

İri ticarət mərkəzlərində uşaq və digər əyləncə mərkəzləri fəaliyyətə başlayır

Cəmiyyət Materials 1 Oktyabr 2021 00:00 (UTC +04:00)
İri ticarət mərkəzlərində uşaq və digər əyləncə mərkəzləri fəaliyyətə başlayır

Bakı. Trend:

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunacaq.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara əsasən, bu gündən etibarən iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti bərpa edilir.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti