...

Tələbələrin gəlişi Bakıda kirayə mənzillərin bahalaşmasına səbəb olub

Cəmiyyət Materials 7 Oktyabr 2021 20:23 (UTC +04:00)
Tələbələrin gəlişi Bakıda kirayə mənzillərin bahalaşmasına səbəb olub

Bakı. Elçin Mehdiyev - Trend:

Ali məktəblərdə ənənəvi təhsilin bərpa edilməsi Bakıda kirayə mənzillərin qiymətində bahalaşmaya səbəb olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Belə ki, sentyabr aydında kirayə mənzil bazarında üç seqment üzrə qiymətlər dəyişib. Birinci seqment üzrə aylıq kirayə haqqı 400 manatadək olan evlərin qiyməti 9.0 faiz bahalaşıb. Səbəb ali məktəblərdə ənənəvi təhsilin bərpa edilməsidir.

İkinci seqment üzrə aylıq kirayə haqqı 400-1000 manat olan evlərin kirayə haqqı dəyişməyib. Üçüncü seqment üzrə isə aylıq kirayə haqqı 1000 manatdan yüksək olan evlərin kirayə haqqı 2.5 faiz azalıb. Bütövlükdə, hesabat dövründə kirayə haqlarının qiyməti 7.0 faizə yaxın artıb.

Ümumilikdə, daşınmaz əmlakın və eləcə də mənzillərin qiymətində 3.0 faiz artım qeydə alınıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti