...

ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 16:45 (UTC +04:00)
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olan Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektoru Zubeyir İqbal və dekan Lodhi Sofia Şamaxıda səfərdə olublar. Görüşdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova, universitetin əməkdaşları iştirak ediblər.

Qonaqlar əvvəlcə Şamaxı şəhər icra hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüblər. Qonaqları rəhbərlik etdiyi rayonda qarşılamaqdan məmnun olduğunu deyən Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana olan böyük mənəvi dəstəyindən danışıb, iki ölkə arasında yüksək səviyyəli münasibətlərə toxunub.

Sonra qonaqlar Şamaxının qədim kəndlərindən olan Dəmirçi kəndində olublar. Nümayəndə heyəti daha sonra Vətən müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun ailəsinə baş çəkib, şəhidin valideynlərinə başsağlığı verib, dərdlərinə şərik olublar.

Səfər proqramı qonaqların Şamaxının qədim qəbiristanlıqlarından olan Şahxəndan qəbiristanlığının ziyarəti ilə başa çatıb.

Qeyd edək ki, nümayəndə heyəti oktyabrın 13-də ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetdəki Pakistan Mədəniyyət Mərkəzi ilə tanış olublar. Daha sonra rektor Məhəmməd Cəfər universitetin tələbələrinə mühazirə oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti