...

Vətən müharibəsində ƏƏSMN-in 101 əməkdaşı iştirak edib (VİDEO)

Cəmiyyət Materials 20 Oktyabr 2021 12:33 (UTC +04:00)
Vətən müharibəsində ƏƏSMN-in 101 əməkdaşı iştirak edib (VİDEO)

Bakı. Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 101 əməkdaşı da iştirak edib.

Onlarla yanaşı, Nazirlik əməkdaşlarının ailə üzvlərindən 129 nəfər döyüşlərdə iştirak edərək möhtəşəm Zəfərin qazanılmasına öz töhfələrini verib.

Nazirlik üzrə 11 əməkdaşın ailə üzvü isə şəhidlik zirvəsinə ucalıb.

Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 73 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə medallara layiq görülüb.

Cəbhədə Vətənə, iş başında vətəndaşa xidmət edən əməkdaşlarımızla fəxr edirik!

Vətən müharibəsinin ildönümü ilə əlaqədar həmin əməkdaşlarla bağlı Nazirliyin hazırladığı videoçarxı təqdim edirik.

Videoçarx:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti