Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)

Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

2021-ci ilin 20 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Energetiklər Gününə və Azərbaycan İstilik Elektrik Stansiyasının 40 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Konfransda “Azərbaycan İES” MMC-nin rəhbər və mütəxəssis əməkdaşları, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Unvirersitetdən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov peşə bayramı və yubiley münasibətilə “Azərbaycan İES” MMC-nin kollektiv üzvlərini, universitetdə energetika sahəsində təhsil alan tələbələri və təhsil verən müəllimləri, eləcə də məzun energetikləri təbrik edib və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Sovet dönəmində və müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin energetika sahəsinin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edən rektor düz 40 il bundan əvvəl Ulu Öndərin təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycan İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə ölkəmizin energetika tarixində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.

Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində respublikamızın enerji sisteminin müasir tələblər səviyyəsində yenidən qurulduğunu və enerji təhlükəsizliyinin tam təmin edildiyini vurğulayan Ş.Bayramov dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə energetiklərin peşə bayramının təsis edilməsini bu sahədə çalışan insanların fədakar əməyinə verilən böyük dəyərin ifadəsi olduğunu söyləyib.

Qeyd edilib ki, Azərbaycan energetikləri yüksək əzmkarlıq və peşəkarlıqları ilə işğaldan azad edilmiş bütün rayonların sürətlə dirçəldilməsi, dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərə əhəmiyyətli töhfələr verirlər.

Konfrans iştirakçılarını salamlayan “Azərbaycan İES” MMC -nin direktoru Təhmasib Hüseynov belə bir əlamətdar gündə MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib və göstərilən diqqətə görə univeritet rəhbərliyinə təşəkkür edib.

Bildirilib ki, Azərbaycan energetikləri bu gün öz peşə bayramlarını və Ümummilli Liderimizin adı ilə bağlı olan Azərbaycan İES-in yaradılmasının 40 illiyini müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində qazanılan tarixi Zəfərin yaşatdığı sonsuz iftixar hissləri ilə qeyd edirlər.

Sonra, konfransın proqramına uyğun olaraq “Azərbaycan İstilik Elektrik Stansiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir” məruzəsi ilə çıxışına davam edən T.Hüseynov dahi liderin təşəbbüsü və dəstəyi ilə tikintisinə başlanılan Azərbaycan İES-in yaranmasından, fəaliyyət tarixindən və respublikanın elektrik enerjisinə olan təlabatının ödənilməsindəki rolundan bəhs edib. Dövlət başçımızın müvafiq tapşırıqları əsasında İES-in müasir tələblərə uyğun yenidən qurulmasından sonra hazırda stansiyanın gücünün əhəmiyyətli dərəcədə artdığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyinin təmin olunduğu bildirilib.

İstehsalatda tətbiq edilən müasir texnologiyalardan və mühəndis yanaşmalarından söhbət açan direktor bu sahədə müasir bilik və bacarıqlara sahib kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb və bu baxımdan gələcəyin energetika mühəndislərini hazırlayan MDU ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Daha sonra, MDU-nun əməkdaşlarından Ülkər Aşurova “İşğaldan azad edilmiş ərazilərdə enerji sektorunun yenidən qurulması”, Səadət Şıxəliyeva “Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf perspektivləri”, “Azərbaycan İES” MMC-nin aparıcı mütəxəssisi Emin Paşayev “Azərbaycan İstilik Elektrik Stansiyasının ölkə iqtisadiyyatında rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

Sonda universitetlə əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə “Azərbaycan İES” MMC-nin bir qrup əməkdaşına MDU-nun rektoru tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Loading Bars
Xəbər lenti
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır
"Google" Lütfi Zadəyə həsr olunmuş "dudl" təqdim edib
NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib
Johnson & Johnson "omikron" ştammına qarşı peyvəndin hazırlanmasına başlayıb
Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına laiq görülüb
Levandovski 2021-ci ilin hücumçusu seçilib
Pfizer şirkətin PAXLOVID preparatının "omicron" ştammına qarşı effektivliyinə əmindir
"Omicron" ştammının simptomları nələrdir və necə mübarizə aparılmalıdır? - AÇIQLAMA
Yevlaxda ailənin 5 üzvü dəm qazından zəhərlənib
Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb
Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
Bütün xəbərlər