...

Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2021 16:54 (UTC +04:00)
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli UNİCEF-in Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Aleks Haykenslə görüşüb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Son illərdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan Qoşqar Təhməzli əhalinin təhükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində görülən işlər haqqında məlumat verib. Agentlik sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın daim genişləndiyini bildirib.

Görüşdə qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, o cümlədən məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, qidalanma metodologiyasının müəyyənləşdirilməsi, eləcə də bu sahələrdə birgə əməkdaşlığın və pilot layihələrin həyata keçirilməsi üzrə müzakirələr aparılıb.

Aleks Haykens səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı fəaliyyəti dövründə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə UNİCEF arasında olan sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti