Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyev koronavirus şübhəsi ilə bağlı test verib və onun testinin cavabı pozitiv çıxıb.
Bu səbəbdən Faiq Qəniyevin icraatında olan bütün işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi koronavirus infeksiyasına yoluxaraq müalicə olunub.