...

Xəzər rayonunda şəhid qardaşların anım günü keçirilib

Cəmiyyət Materials 2 Noyabr 2021 15:56 (UTC +04:00)
Xəzər rayonunda şəhid qardaşların anım günü keçirilib

Bakı. Trend:

Noyabrın 2-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan olan – Şəhid Məmmədzadə Bəhram və Məmmədzadə İman qardaşlarının Xəzər rayonunda anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhidin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən Millət Vəkili Rauf Əliyev qeyd edib ki, xalqımız torpaqlarımızın azad olunması uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini daima darin hörmətlə anır. Şəhidlər öz canları bahasına vətən torpaqlarını işğaldan azad edərək Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdılar. İştirakşılar şəhidlərin ailə üzvləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər.

Qeyd edək ki, şəhid Məmmədzadə Bəhram Elman oğlu və Məmmədzadə İman Elman oğlu ölümlərindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiklərinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə “Vətən uğrunda” medalları ilə təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti