...

Bu gün metronun "Koroğlu" stansiyası gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət Materials 11 Noyabr 2021 14:55 (UTC +04:00)
Bu gün metronun "Koroğlu" stansiyası gücləndirilmiş rejimdə işləyəcək

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyunu ilə əlaqədar metronun “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Trend-ə açıqlamasında Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, artıq bu barədə stansiya rəhbərliyinə tapşırıq verilib: “Oyundan sonra azarkeşlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə müvafiq tədbirlər görüləcək. Stansiyada sərnişin sıxlığının yarnamaması üçün ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq” - deyə B.Məmmədov deyib.

Qeyd edək ki, oyun bu gün saat 20.00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti