...

Peyvənd olunmamışlar cəmiyyət qarşısındakı məsuliyyətini başa düşməlidirlər - Merkel

Cəmiyyət Materials 12 Noyabr 2021 04:58 (UTC +04:00)
Peyvənd olunmamışlar cəmiyyət qarşısındakı məsuliyyətini başa düşməlidirlər - Merkel

Bakı. Trend:

Almaniyada koronavirus pandemiyasının dördüncü dalğası davam etdiyi üçün hələ də peyvənd olunmamış insanlar başa düşməlidirlər ki, onlar başqalarını qorumaq üçün cəmiyyətin qalan hissəsi qarşısında məsuliyyət daşıyırlar.

Trend xəbər verir ki, bunu Almaniya kansleri vəzifələrini icra edən Angela Merkel deyib.

Yeni Zelandiya baş naziri Casinda Ardernin dəvətiylə Asiya-Sakit okean biznes sammitində çıxış edərkən Merkel bildirib ki, siyasətçilərin vəzifəsi ictimaiyyətə bunun vacib olduğunu aşılamaqdan ibarətdi.

Son həftələrdə Avropada yoluxma sayında ciddi artımlar müşahidə olunur. Mütəxəssislər, xüsusilə peyvənd olunmamışların yaşlı və virusa daha həssas insanları yoluxdurduqları üçün, səhiyyə sisteminin yenidən həddindən artıq yülənməsindən narahatdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti