...

Yeni rezidentlər Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayıblar (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2021 13:31 (UTC +04:00)
Yeni rezidentlər Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayıblar (FOTO)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayan rezidentlər yüksəkixtisaslı həkimlərinin rəhbərliyi altında bilik və bacarıqlarını artırır, gələcəyin peşəkar həkimi olmaq üçün bu yolda kuratorunun və işlədiyi şöbənin əməkdaşları ilə çiyin-çiyinə çalışaraq, xəstələrin müalicəsində yaxından iştirak edir, təhsilin bu zəruri pilləsində addım-addım irəliləyirlər. Bu günün rezidentləri sabahın peşəkar həkimləridir.

Onların peşəkar kadr kimi yetişməsi üçün Mərkəzi Gömrük Hospitalında hər cür şərait yaradılmışdır. Rezidentlərin həmçinin, gələcəkdə beynəlxalq konfranslarda və konqreslərdə rotasiyalarda iştirak etmək imkanları var. Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, Hippokrat andına sadiq olan savadlı həkimlər yetişdirməkdir.

2021-ci il noyabrın ayından etibarən rezidentura təhsilinə başlayan həkim-rezidentlər: Aqşin Əliyev kuratoru Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Təranə Göyüşova, Roza Fərmanova kuratoru Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu Rəşad Nəsirli, Günel Cəfərova kuratoru Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqovun, Mirvari Nəsirova kuratoru Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-cərrahı Kamran Beydullayevin, Elşən Süleymanzadə kuratoru Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzovun, Pəri Məhərrəmova kuratoru Radiologiya şöbəsinin həkim-radioloqu Emin Məmmədovun, Aysel Novruzova kuratoru Kardiologiya şöbəsinin invaziv kardioloqu Emin Hacıbalayevin rəhbərliyi altında fəaliyyət göstərəcəklər.

Əziz rezidentlər! Sizi burada seçdiyiniz sahənin incəliklərini öyrədəcək kuratorlar, həkimlər və mehriban, gülərüz tibb personalı adından salamlayırıq, Mərkəzi Gömrük Hospitalının böyük ailəsinə xoş gəldiniz, - deyirik. Yolunuz açıq, işiniz xeyirli, uğurlu olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti