...

Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı

Cəmiyyət Materials 6 Dekabr 2021 15:21 (UTC +04:00)
Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı

Bakı. Trend:

Televiziya və musiqi dünyasında gücünü göstərənlərin gecəsi hesab olunan 47-ci Pantene Altın Kelebek Mükafatları 5 dekabrda İstanbulda baş tutub. Tədbir məşhur aktrisa Demet Özdemirin səhnə şousu ilə başlayıb və populyar müğənnilərin bir-birindən maraqlı çıxışları ilə davam edib. İl boyu öz istedad və nailiyyətləri ilə seçilən sənətçilərin mükafat qazandığı gecədə izləyicilərə hər şəraitdə gücünü göstərməyin önəmi barədə mesajlar verilib.

Qeyd edək ki, Azərbaycan artıq 4-cü ildir, Pantene Altın Kelebek Mükafatlarında xüsusi kateqoriya ilə təmsil olunur. Əvvəlki illərdə ölkənin tanınmış ulduzlarının namizəd olduğu Pantene Altın Kelebek Mükafatını xalq artisti Röya Ayxan və Aygün Kazımova qazanmışdır.

Bu il isə “Azərbaycanın parlayan gənc ulduzu” adlı yeni nominasiyanın elan edilməsi ilə əlaqədar musiqisinin gücünü göstərən gənc sənətçilərimiz- Ayaz Babayev, Çinarə Məlikzadə və Nahidə Babaşlı Pantene Altın Kelebek mükafatına namizəd olublar. Bir sənətçinin həyatında əvəzedilməz dəyəri olan bu mükafatı qazanmaq üçün namizədlər dostluq münasibətlərini daim ön planda saxlayaraq aktiv şəkildə yarışmağa davam ediblər. Gənc namizədlərin həmkar və bloqqer dostları, izləyiciləri 200-dən çox paylaşım edərək səs vermə çağırışı edib və sevdikləri ulduza dəstəyin gücünü göstəriblər. Bir ay müddətində davam edən səsvermədə izləyicilər tərəfindən ən çox səs toplayaraq mükafatı qazanan namizədin kimliyi isə Türkiyədə keçirilən möhtəşəm gecədə açıqlanıb. Qalib olan Nahidə Babaşlı onu dəstəkləyənlərə təşəkkürlərini bildirərək səhnədə ən sevilən mahnılarından birini ifa edib. Qalibiyyət xəbəri gənc sənətçinin dəstəkçiləri tərəfindən böyük sevinclə qarşılanıb. Qeyd edək ki, Nahidə Babaşlı Youtube platformasında 1,32 milyon, Instagram platformasında isə 822 min izləyicisi var.

Gecədə iştirak edən hər üç namizəd öz sosial media səhifələrindən maraqlı görüntülər paylaşaraq gecənin həyəcanını izləyicilərlə birlikdə yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti