...

Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri

Cəmiyyət Materials 9 Dekabr 2021 11:22 (UTC +04:00)
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri

Bakı. Elçin Mehdiyev – Trend:

KOBİA ilə müzakirələr davam etdirilir. Müfaviq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilməkdədir.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subkeytlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Ə.İsmayılov bildirib ki, media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır:

“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Mediaya dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı, ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”, - deyə Ə.İsmayılov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti