...

Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək

Cəmiyyət Materials 9 Dekabr 2021 15:27 (UTC +04:00)
Bakının bu hissəsində içməli su fasilə ilə veriləcək

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nizami rayonunun bir hissəsinə içməli suyun verilişində fasilələr olacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, buna səbəb magistral su kəmərində aparılan təmir-bərpa işləridir.

Təmir işlərinə görə 09 dekabr 2021-ci il tarixində saat 22:00-dan etibarən 10 dekabr 2021-ci il tarixdə səhər saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti