...

Dönərdən zəhərlənənlərin adları məlum oldu

Cəmiyyət Materials 13 Dekabr 2021 10:59 (UTC +04:00)
Dönərdən zəhərlənənlərin adları məlum oldu

Bakı. Samir Əli - Trend:

Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin adı məlum oldu.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlamasında bildirib ki, zəhərlənən şəxslər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət və Soltanov Maqsuddur.

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov və Murad Xəlilov evə buraxılıblar.

Digərlərinin müalicəsi davam etdirilir. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlar toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti