...

Bakıda Yeni il yolkalarının qurulmasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2021 09:58 (UTC +04:00)
Bakıda Yeni il yolkalarının qurulmasına başlanılıb (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Bakıda Yeni il hazırlıqları başlanılıb. Paytaxtın bayram üçün bəzədilməsi işlərinə artıq start verilib.

Trend-in məlumatına görə, Bakının bir sıra mərkəzi yerlərində, o cümlədən "Azneft" dairəsində və "Ağ Şəhər"də yolka qurulur.

Həmçinin mərkəzi prospektlərdə və meydanlarda parlaq işıq tabloları, yeni il simvolları quraşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, paytaxtın bütün rayonlarında yolkaların qurulması üçün yerli orqanlara tapşırıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti