Bakı. Çingiz Səfərli - Trend:
Bu il 62 Bakı məktəblisi Respublika Fənn Olimpiadalarının qalibi olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl medal qazanıb.
28 şagird fənn olimpiadalarının gümüş, 26-sı bürünc medalına layiq görülüb.