...

Rusiya Xəzərdə plastik tullantılarla mübarizəyə vəsait ayırır

Cəmiyyət Materials 29 Dekabr 2021 01:39 (UTC +04:00)
Rusiya Xəzərdə plastik tullantılarla mübarizəyə vəsait ayırır

Bakı. Trend:

Rusiya 2021-2024-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) xətti ilə Xəzər dənizində plastiklə mübarizə üzrə birgə layihənin həyata keçirilməsinə 4 milyon dollar ayıracaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökumətinin informasiya portalında dərc olunan sərəncamda deyilir.

Qeyd olunur ki, vəsait federal büdcədən ayrılacaq. Maliyyə BMT-nin İnkişaf Proqramı və təşkilatın Ətraf Mühitlə bağlı "Xəzər dənizində tullantılar və plastik probleminin həllinə sistemli yanaşmanın inkişafına yardım" Proqramına yatırılacaq. O cümlədən 2021-ci ildə - 744,8 min dollar, 2022-ci ildə - 1 milyon dollar, 2023-cü ildə - 1,3 milyon dollar və 2024-cü ildə - 859,8 min dollara qədər vəsait ayrilması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti